AZ

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb

Bakı. Trend:

Bu ilin iki ayı ərzində “biletim.az” portalı vasitəsilə onlaynqaydada

172 675 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrüilə müqayisədə 2 dəfə çoxdur.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilir ki, 2025-ci ilin yanvar-fevral ayları ərzindəqabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 29% idisə, cari ilinmüvafiq dövründə bu rəqəm 42%-ə yüksəlib.

Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadınınartdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışıimkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamətüzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyatvasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildəsərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı vəavtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başınaçatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalıvasitəsilə əldə etmələri tövsiyə olunur.

Seçilən
88
15
az.trend.az

10Mənbələr