“Real”ın futbolçusu Rodriqo Qoes əməliyyat olunub.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əməliyyat klubun tibbi heyətinin nəzarəti altında uğurla həyata keçirilib.
Bildirilib ki, 25 yaşlı hücumçu yaxın günlərdə reabilitasiyaya başlayacaq və bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Rodriqo La Liqanın 26-cı turunda “Xetafe” ilə matçda (0:1) zədələnmişdi.
O, bu mövsüm bütün turnirlərdə 27 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.