AZ

İran müharibəsi bitir?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla dialoq imkanlarını istisna etməyib. 

“Fox News”-a açıqlamasında Tramp bildirib ki, İranla danışa bilərlər.

“İranlılar danışmaq istəyirlər. Bu, mümkündür, şərtlərdən asılıdır. Bilirsiniz, biz bundan artıq danışmaq məcburiyyətində deyilik. Amma mümkündür”, – Tramp qeyd edib.

Hazırkı vəziyyətdə ABŞ-İran arasında diplomatik dialoqun qurulması nə qədər real görünür? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Aydın Tağıyev bildirib ki, indiki müharibə şəraitində İranla ABŞ arasında diplomatik dialoqun qurulması elə də real görünmür:

“ABŞ mediasında Prezident Tramp müharibənin tezliklə bitəcəyini desə də, kifayət qədər qələbə qazanmadıqlarını etiraf edir. İran mediası isə ABŞ-nin qlobal gəmiçiliyi bloklamasına qarşı sərt xəbərdarlıqlar edir. Regional faktor kimi İsrailin münaqişəyə cəlb olunması dialoqu daha da mürəkkəbləşdirir. Çünki ABŞ rəhbərliyi bu günə kimi İranın yalnız “şərtsiz təslim” şərti ilə danışıqlara otura biləcəyini bildirdi”.

Onun sözlərinə görə, yalnız müharibənin gedişində strateji dəyişiklik və ya güclü beynəlxalq vasitəçilik dialoqu mümkün edə bilər:

“İran tərəfi yeni Ali Lider Müctəba Xameneyinin seçilməsi ilə daha sərt mövqeyə keçib. İranın ABŞ və İsrailə qarşı raket hücumları gərginliyi daha da artırıb. Mən hesab edirəm ki, tərəflərin hazırkı mövqeləri kompromisə imkan vermir. Donald Tramp “Fox News”-a açıqlamasında İranla danışıqları istisna etməyib. Onun bu fikirləri müharibə şəraitində real nəsə vəd etmir, çünki İranın başı mövcud daxili vəziyyətə çox qarışıb”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
50
cebheinfo.az

10Mənbələr