AZ

AFFA "Sabah"ın tərbiyəsizlik edən məşqçisini cəzalandırdı

"Sabah"ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəzalanıb.

Publika.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 22-ci turunda "Qarabağ"la oyunda rəqibin ehtiyat oyunçular skamyasına qeyri-etik jest etdiyinə görə bu halla üzləşib. "Sabah" klubu 15 000 manat cərimələnib.

"Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə 6 oyunluq cəza alıblar. Onlar sözügedən qarşılaşmada kütləvi davada iştirak ediblər. Ağdam klubu hər iki mütəxəssisə görə 6 min manat (ümumilikdə 12 min manat) ödəməli olacaq.

Seçilən
55
5
publika.az

8Mənbələr