AZ

Putin G20 sammitində iştirak edəcək? – Peskovdan açıqlama


Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Putinin G20 sammiti üçün Mayamiyə səfəri ilə bağlı heç bir söhbət getmir”, - deyə Kremlin mətbuat katibi Putinin Mayamiyə mümkün səfəri ilə bağlı suala cavab olaraq bildirib.
Qeyd edək ki, G20 sammiti 14-15 dekabr 2026-cı il tarixlərində keçiriləcək. Tədbir üçün seçilən məkan ABŞ Prezidenti Donald Trampın şirkəti olan “The Trump”a məxsus “Trump National Doral” klubudur.
Seçilən
49
1
yeniavaz.com

2Mənbələr