AZ

Berlin aeroportu üzərində uçan naməlum obyekt göründü

Almaniyada Berlin-Brandenburq aeroportunun səmasında uçan naməlum obyekt (UNO) müşahidə edilib, bu səbəbdən hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bild" nəşri aeroport nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, UNO axşam saatlarında hava limanı ərazisində müşahidə edilib. Bununla əlaqədar aeroport fəaliyyətini yarım saatdan çox müddətə - yerli vaxtla 18:40-dan (Bakı vaxtı ilə 21:40 - red.) 19:15-dək (Bakı vaxtı ilə 22:15 - red.) dayandırıb.

Polis hazırda məlumatı yoxlayır və aeroportun səmasında həqiqətən hər hansı uçan obyektin olub-olmadığını müəyyən edir.


Telegram kanalımız
Seçilən
56
1
yenisabah.az

2Mənbələr