AZ

Azərbaycanın qeyri-neft ixracı 20%-ə yaxın artıb

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neftsektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7%artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyintiməhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarınabərabər olub.

Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin mart sayına dairilkin göstəricilərində qeyd edilib.

İcmala əsasən, cari ilin yanvar-fevral aylarında ixrac olunanşəkər ötən ilin müvafiq dövrünə nəzərən 328,6%, pambıq iplik158,7%, bitki və heyvan mənşəli piylər və yağlar 110,8%, alüminiumvə onlardan hazırlanan məmulatlar 37,4%, pambıq lifi 33,3%,meyvə-tərəvəz 32,7%, spirtli və spirtsiz içkilər 10,9%, çay 5,1%artıb.

2026-cı ilin yanvar-fevral aylarında aqrar məhsullar üzrə ixrac34,6% artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarıüzrə ixrac 22% artaraq 52,5 milyon ABŞ dolları təşkil edib.Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2%artaraq 213,4 milyon ABŞ dollarına bərabər olub.

Məqalədə:
Seçilən
11
8
az.trend.az

10Mənbələr