Bakı. Trend:
Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı yaşayış binalarınınsakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil şəraitininyaxşılaşdırılması məqsədilə Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinə hər il dövlət büdcəsindən müvafiq məbləğdə vəsaitayrılır.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, yerli icra hakimiyyəti orqanlarının müraciətlərivə Nazirlər Kabinetinin tapşırıqları əsasında Fövqəladə HallarNazirliyinin mütəxəssisləri tərəfindən qəzalı binaların siyahılarıtərtib edilib.
Yaradılmış işçi qrupu tərəfindən aparılan araşdırmalara əsasən,Bakı şəhərində 228 ünvanda7 170 mənzil, Sumqayıt şəhərində21 ünvanda 464 mənzil vəGəncə şəhərində 11 ünvanda708 mənzil olmaqla ümumilikdə 260ünvan üzrə qəzalı binalarda 8 342 mənzil aşkaredilib.
Həmin binaların 159-dan dövlət vəsaiti,84-dən investor vəsaiti, 17-sininisə həm dövlət, həm də investor vəsaiti hesabına sakinlərinköçürülməsi və şəhərsalma qanunvericiliyinə uyğun mümkün olduğuərazilərdə yeni binaların tikintisi nəzərdə tutulur.
Bakı, Sumqayıt vəGəncə şəhərlərində qəzalı binalarda yerləşən8 342 mənzildən məskunlaşmış ailədən655-i dövlət vəsaiti hesabına,493-ü isə özəl investor hesabına olmaqla,ümumilikdə 1 148 ailə köçürülüb.
Eyni zamanda, Sabunçu rayonunda46 qəzalı yaşayış binasından (782mənzil) 27 bina (505 mənzil) üzrəməskunlaşmış ailələrin yeni mənzillərlə dövlət vəsaiti hesabına,19 bina (277 mənzil) üzrəməskunlaşmış ailələrin isə yeni mənzillərlə investor vəsaitihesabına təmin edilməsi nəzərdə tutulur.
Hazırda 782 mənzildə məskunlaşmış ailələrdən123 mənzildə məskunlaşmış ailələrin dövlət vəsaitihesabına köçürülməsi başa çatdırılıb.