AZ

KİV: Ərəb ölkəsindən ilk dəfə İrana raketlər buraxılıb

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bəhreyn ərazisindən İran istiqamətində ballistik raketlər buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Nəşrin jurnalistləri təsdiqlənmiş video görüntülərə istinadən bildiriblər ki, bu, müharibə başlayandan bəri Fars körfəzi ölkələrindən birinin ərazisindən İrana qarşı həyata keçirilmiş ilk təsdiqlənmiş hücum ola bilər.

Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının bazası yerləşir. Ölkə hökuməti isə hər hansı hücum əməliyyatlarında iştirakını təkzib edir. Buna görə də raketlərin Bəhreynə, yoxsa Qərb müttəfiqlərinə məxsus olduğu hələlik aydın deyil.

Bundan əvvəl Bəhreyn BMT Təhlükəsizlik Şurasında İrandan qonşu ölkələrə zərbələri dayandırmağı tələb etmişdi. Bununla yanaşı, sənəddə ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr barədə heç bir qeyd və ya qınama yer almayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
105
1
oxu.az

10Mənbələr