AZ

Qazaxıstanda referendumda iştirak 64,43 faiz təşkil edib – YENİLƏNİB-2

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə saat 15:00) olan məlumata görə, seçici fəallığı 64,43% təşkil edib ki, bu da əvvəlki 2024-cü il referendumunun nəticəsindən yüksəkdir.

"Far.Az"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyası xəbər yayıb.

Qeyd olunub ki, Qazaxıstanda indiyə qədər 8.029.286 nəfər səs verib. Seçici siyahılarında ümumilikdə 12.461.796 vətəndaşın adı var.

Qazaxıstanda 2024-cü ildə keçirilən və ölkənin ilk atom elektrik stansiyasının tikintisinə yönəlmiş əvvəlki referendumda seçici fəallığı 63,66% təşkil etmiş, 12.284.487 qeydiyyatdan keçmiş seçicidən 7.820.204 nəfər səs vermişdir.

Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 11:00-a) 37,54 faiz və ya 4 677 595 nəfər təşkil edib.

"Far.Az"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Referendum Mərkəzi Komissiyası xəbər yayıb.

Ən aşağı fəallıq Almatı şəhərində 14,85% olaraq qalır, ən yüksək fəallıq isə Aktobe bölgəsində 45,73% təşkil edir. Astanada isə fəallıq 31,23% təşkil edir.

Qeyd edək ki, səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir. Referendum saat 20:00-dək davam edəcək. Referendum iştirakçılarının siyahısına 12 mil 461 min 796 vətəndaş daxil edilib.

Qazaxıstanın Mərkəzi Referendum Komissiyası ölkənin yeni konstitusiyası ilə bağlı səsvermədə ilk seçici fəallığının rəqəmlərini açıqlayıb.

"Far.Az"un Qazaxıstan Bürosu xəbər verir ki, yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə saat 9:00-a) olan məlumata görə, seçici siyahılarına daxil olanların 19,21%-i səs verib.

Qeyd olunub ki, saat 10:00-a qədər ölkə üzrə ümumilikdə 2.393.844 vətəndaş bülleten alıb ki, bu da seçici siyahılarına daxil olanların 19,21%-ni təşkil edir.

Komissiyanın məlumatına görə, bölgələrdə seçici fəallığı aşağıdakı kimidir: Astana - 20,68%, Almatı - 9,54%, Şımkent - 21,36%, Abay bölgəsi - 17,98%, Akmol bölgəsi - 19,82%, Aktyub bölgəsi - 21,80%, Almatı bölgəsi - 18,10%, Atırau bölgəsi - 19,44%, Qərbi Qazaxıstan bölgəsi - 18,80%, Jambıl bölgəsi - 18,49%, Jetisu bölgəsi - 21,01%, Karaqanda bölgəsi - 26,64%, Kostanay bölgəsi - 19,24%, Qızılorda bölgəsi - 24,02%, Manqistau bölgəsi - 18,53%, Pavlodar bölgəsi - 16,36%, Şimali Qazaxıstan bölgəsi - 18,72%, Türküstan bölgəsi - 21,21%, Ulıtau bölgəsi - 20,31%, Şərqi Qazaxıstan bölgəsi - 20,64%.

Seçilən
34
3
far.az

5Mənbələr