AZ

"Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır"

"Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır, hakim "Vətəndaş Müqaviləsi" partiyasının idarə heyəti və parlament fraksiyasında müzakirəyə çıxarılacaq". 

Missiya.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbuhi Qalyan deyib. "Konstitusiya İslahatları Şurası çox fəal işləyir. Hər həftə iclaslar keçiririk. Mətn hazırdır. Lakin onun dərc olunması ilə bağlı hələlik heç bir məlumat yoxdur, çünki mətnin "Vətəndaş müqaviləsi" partiyasının İdarə Heyətində və parlament fraksiyasında müzakirə edilməsi qərara alınıb. Bundan sonra mətnin dərc olunması ilə bağlı qərar veriləcək", - nazir əlavə edib.

Xatırladaq ki, Qalyan daha əvvəl yeni Konstitusiyanın 2026-cı ilin mart ayında dərc olunacağını açıqlamışdı.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
17
7
missiya.az

9Mənbələr