AZ

Əraqçi Uitkoffla danışıqları bərpa etməsi ilə bağlı iddiaları təkzib edib - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Əraqçi “Axios”un onun ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqəni bərpa etdiyinə dair xəbərini təkzib edib.

APA xəbər verir ki, Əraqçi bu barədə öz “X” hesabında məlumat verib.

"Mənim cənab Uitkoffla son əlaqəm onun rəhbərinin İrana qarşı növbəti qanunsuz hərbi hücumla diplomatiyanı məhv etmək qərarı verməsindən əvvəl olub. Bunun əksini göstərən hər hansı məlumat, görünür, yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır", - XİN rəhbəri yazıb.

***

01:07

İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff son günlərdə birbaşa əlaqəni bərpa ediblər.

APA xəbər verir ki, bu iddia “Axios” tərəfindən dərc edilmiş hesabatda öz əksini tapır.

Hesabatda bildirilir ki, Əraqçi və Uitkoff arasında müzakirə olunan məsələlərin nə dərəcədə əsaslı olduğu bəlli deyil, lakin bunlar müharibənin təxminən iki həftə əvvəl başlamasından bəri iki tərəf arasında ilk məlum əlaqələrdir.

Hesabata görə, Əraqçi Uitkoffa müharibənin bitməsini vurğulayan mesajlar göndərib.

Seçilən
66
1
apa.az

7Mənbələr