AZ

BƏƏ hava məkanını bağlayıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava məkanının tamamiləbağlandığını elan edib.

Trend xəbər verir ki, bubarədə BƏƏ Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Qurum hava məkanının bağlanmasını uçuşların və təyyarəheyətlərinin təhlükəsizliyini təmin etmək, eləcə də “regionaltəhlükəsizlik sahəsində sürətlə dəyişən hadisələr” fonunda ölkəərazisini qorumaq məqsədi daşıyan “müstəsna ehtiyat tədbiri” kimiqiymətləndirib.

Bundan əvvəl BƏƏ Müdafiə Nazirliyi bu addımın İran tərəfindənmümkün yeni hücum dalğasına cavab olduğunu bildirmişdi.

Məlumata görə, bazar ertəsi Dubay Beynəlxalq Hava Limanıpilotsuz uçuş aparatının aeroport yaxınlığındakı yanacaq çəninəzərər vurmasından sonra fəaliyyətini müvəqqəti dayandırıb. Hadisənəticəsində yanğın baş versə də, sonradan alov söndürülüb. Xəsarətalan olmayıb.

Seçilən
100
6
az.trend.az

8Mənbələr