AZ

Məhəmməd Salah afrikalı oyunçular arasında Çempionlar Liqasında qol vurma rekordunu qırıb

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasında afrikalı oyunçu tərəfindən ən çox qol vurma rekordunu qırıb.

Salah bu nəticəni komandasının 1/8 finalda “Qalatasaray” üzərində 4:0 hesablı qələbə qazandığı oyunda göstərib. Salah oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib.

33 yaşlı futbolçu yarışda 50 qola çatan ilk afrikalı oyunçu olub.

Daha əvvəl “Liverpul”un hücumçusu İngiltərə millisinin keçmiş müdafiəçisi Ceymi Karrageri geridə qoyaraq klubun Çempionlar Liqasında ən çox oyun keçirmə rekordçusu olub. Misirli futbolçu yarışda klub üçün 82 oyun keçirib.

Bu mövsüm Salah “Liverpul”da bütün yarışlarda 33 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
16
icma.az

10Mənbələr