AZ

Azərbaycan BƏƏ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 28 % azaldıb

2025-ci ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 329 milyon 65 min ABŞ dolları birbaşa investisiya qoyub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2024-cü illə müqayisədə 28 % azdır.

Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 26 %-dən 13 %-ə düşüb.

İl ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 404 milyon 799 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 17,4 % azdır.

Hesabat dövründə BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7 %-dən 6,1 %-ə düşüb.

Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.

Seçilən
37
22
missiya.az

10Mənbələr