Onun yanaşmasına görə,zaman da bir yox, məkan kimi üç ölçüyə malikdir.Kainat üçü zamana, üçü məkana aid olmaqla, 6 ölçülü fəzadadır. Reallıq çoxölçülü zamanın ötəri proyeksiyası kimi meydana çıxır. Alimin məqaləsinin tam versiyasınıburadan oxumaq olar.
Modelə görə zamanın ölçülərindən biri bizim yaxşı tanıdığımız irəliyə axan “adi” zamandır. Digəri eyni anın alternativ variantlarını daşıyır. Üçüncü zaman ölçüsü isə bu iki zaman axınının arasında keçidlərə xidmət edir.
Bu modelin çərçivəsində zamanda səyahət üçün xarakterik olan “səbəb-nəticə” paradoksları aradan qalxır. Belə ki, siz məşhur paradoksdakı keçmişə qayıdıb, babanızı öldürsəniz, bu, zamanın alternativ axınında baş verəcək, sizin reallıqdakı babanız isə sağ-salamat qalacaq.
Günter Kletetçka nəzəriyyəsinin yoxlanılabilən olduğunu iddia edir.Əgər belədirsə, bu model “Hər Şey Nəzəriyyəsi”nə ən yaxın namizəd sayıla bilər.
Vüsal Məmmədov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta