AZ

Tehranda "ov" davam edir – "Bəsic" komandiri Məhəmməd Tağı Abbasi məhv edildi

ABŞ və İsrail hərbi hava qüvvələrinin Tehranın strateji nəzarət-buraxılış məntəqələrindən birinə endirdiyi birgə aviazərbə nəticəsində "Bəsic" xalq könüllüləri təşkilatının yüksək rütbəli komandiri Məhəmməd Tağı Abbasi öldürülüb.

Musavat.com xəbər verir ki, kəşfiyyat mənbələrinin yaydığı məlumata görə, Abbasi strukturun ən mühüm operativ bazalarından birinə rəhbərlik edirdi və paytaxtın daxili təhlükəsizlik sistemində kilit rol oynayırdı. Martın 17-də "Bəsic" komandanı Qulamrza Süleymani, onun müavini Əzim İsmaili və martın 20-də kəşfiyyat rəisi İsmayıl Əhmədinin məhv edilməsindən sonra Abbasinin də sıradan çıxarılması, rejimin daxili repressiya aparatının rəhbər heyətinin tamamilə yox edilməsi strategiyasının tərkib hissəsidir. Məhəmməd Tağı Abbasi xüsusilə Tehrandakı strateji obyektlərin mühafizəsi və etiraz aksiyalarının yatırılması üzrə ixtisaslaşmış operativ qrupları kordinasiya edirdi.

Onun ölümü ilə "Bəsic"in Tehrandakı əməliyyat idarəetməsi faktiki olaraq iflic vəziyyətinə düşüb. Analitiklər qeyd edirlər ki, yüksək rütbəli komandirlərin ard-arda kütləvi şəkildə hədəf alınması koalisiya qüvvələrinin İranın hərbi iyerarxiyasını daxildən çökdürmək planının uğurla davam etdiyini göstərir. Hazırda Abbasinin rəhbərlik etdiyi bazada xaos yarandığı və şəxsi heyət arasında kütləvi fərarilik hallarının başladığı bildirilir.

Musavat.com 

Seçilən
142
10
musavat.com

10Mənbələr