AZ

Azərbaycanlılar qonşu ölkədən deportasiya olundu

Gürcüstanda son bir neçə gün ərzində 105 xarici vətəndaş ölkədən çıxarılıb.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Miqrasiya Departamenti məlumat yayıb.

Bildirilib ki, digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində 20-dən çox ölkənin vətəndaşları deportasiya olunub. Onların arasında Türkiyə, Hindistan, Çin, Rusiya və Azərbaycan vətəndaşları da var.

Qeyd olunub ki, deportasiya edilən şəxslərin hamısına qanunvericiliyə uyğun olaraq 5 ilədək Gürcüstana yenidən giriş qadağası tətbiq edilib.

Seçilən
41
4
sitat.info

5Mənbələr