AZ

Bakıda mənzil fantastik qiymətə satışa çıxarıldı - FOTOLAR

Paytaxtın mənzil bazarında qiymətlərin artım dinamikası sürətlə davam edir. Xüsusən mərkəz əraziləri təşkil edən Səbail, Nəsimi və Nərimanov kimi rayonlarda daşınmaz əmlak qiymətləri əl yandırır.

“Yeni Sabah” xəbər verir ki, hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb.

Qiyməti “dodaq uçuqladan” mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür. 18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bu evin əsas üstünlükləri isə 24/7 mühafizə və lazımi infrastruktur obyektlərinə yaxın olmasıdır.

Sözügedən mənzilin fotolarını təqdim edirik:

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
28
7
yenisabah.az

9Mənbələr