AZ

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar –YENİLƏNİB, VİDEO

“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhəri ilə tanış olublar.

 

Senzor.az bildirir ki, 37 ölkədən 79 nəfər səyyahın daxil olduğu heyət əvvəlcə Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

 

Dünya səyyahları sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.


Qeyd edək ki, səyyahlar bundan əvvəl Xankəndi şəhərində olublar. Xankəndi şəhərindəki Zəfər parkına gələn səyyahlara, şəhər və park haqqında məlumat verilib.

 

Bildirilib ki, Zəfər parkı Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

 

Səyyahlar Zəfər tağının qarşısında xatirə şəkli çəkdiriblər.

 

Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.


**10:50


Bu gündən “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır.

 

Senzor.az bildirir ki, heyətə 37 ölkədən 79 nəfər səyyah daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların ən böyük qrupudur.

 

“NomadMania” Yer kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harri Mitsidis bu 1301 bölgənin hamısında olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

 

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

 

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Seçilən
42
3
senzor.az

10Mənbələr