AZ

Dünya səyyahları Laçında yaradıcılıq mərkəzlərini gəziblər



“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Laçın şəhəri olub.

Laçına səfər zamanı səyyahlar “Yurd Qalareyası”na gəliblər. Burada onlar yerli sakinlər tərəfindən toxunan xalçalarla, əl işləri ilə tanış olublar. Səyyahlar Laçın şəhərində yerləşən “Gilabi Ceramics” mərkəzində də olublar. Onlar burada yerli sakinlər tərəfindən hazırlanan, gildən əl işlərinə baxıblar. Səyyahların Laçında yaradılan şərait, bərpa quruculuq işləri ilə də tanış olublar.

ZÜMRÜD

Seçilən
30
4
baki-xeber.com

10Mənbələr