AZ

Azərbaycanın U-21 millisi Portuqaliyaya 4 qolla uduzdu

style='margin-bottom:10px;'>

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Portuqaliya Bakıda yığması ilə qarşılaşıb.

8-ci kilometr qəsəbə stadionunda keçirilən görüşdə Portuqaliya millisi 4 cavabsız qolla qalib gəlib.

27 mart

Avropa çempionatı
Seçmə mərhələ

Azərbaycan U-21 – Portuqaliya U-21 - 0:4

Baş hakim: Xristos Vergetis (Yunanıstan)

Bakı, 8-ci km qəsəbə stadionu

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 16 xalla birinci pillədə qərarlaşıb.

Seçilən
17
1
teleqraf.com

9Mənbələr