AZ

Yağıntının miqdarı aylıq normanın 170 faizini təşkil edir

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir.

Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 17:00-a olan məlumatına əsasən Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 faizini təşkil edir.28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək./Trend.Az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
15
news.milli.az

10Mənbələr