AZ

İran sənayesinə AĞIR ZƏRBƏ: İsrail oranı da VURDU - VİDEO

ABŞ və İsrail İran ərazisindəki iki iri polad istehsalı müəssisəsinə hava zərbələri endirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Fars" agentliyi yayıb.

Məlumata görə, hücum Xuzistan əyalətində yerləşən "Khuzestan Steel" metallurgiya kombinatını və Mobarakeh polad zavodunu hədəf alıb.

Baş vermiş hücum nəticəsində insan tələfatı və dəymiş maddi ziyanın barədə hələlik rəsmi məlumat verilmir.

"Fars" agentliyi qeyd edir ki, hava zərbələri nəticəsində polad zavodunun enerji bloku və polad istehsalı xəttinin bir hissəsi sıradan çıxıb.

Xuzistandakı metallurgiya zavodunda isə əsasən anbar sahələrinə ciddi ziyan dəydiyi bildirilir.

Musavat.com

 

Seçilən
35
24
musavat.com

10Mənbələr