AZ

Sabahın havası: Bakıya yağış, rayonlara qar yağacaq

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Martın 30-u Azərbaycanda hava şəraiti dəyişkən buludlu olacaq, bəzi yerlərdə arabir yağıntı müşahidə ediləcək, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə az miqdarda yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12°, gündüz 13-18° isti təşkil edəcək. Atmosfer təzyiqi 750 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq.Rayonlarda hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış, şimşək çaxması və dolu ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 15-20° isti, dağlıq ərazilərdə gecə 3-7° şaxta, gündüz 2-3° isti olacaq.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
50
demokrat.az

10Mənbələr