AZ

"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 15:00-dan satışda olacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.

Biletlər iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ" xanım azarkeşlər üçün girişi pulsuz edib.

Seçilən
24
7
unikal.az

10Mənbələr