AZ

İordaniya kralı Netanyahunun görüş tələbini rədd edib

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

İsrailin Baş naziri Binyamin Netanyahu İordaniya kralı II Abdullah ilə görüşmək istəsə də, İordaniya tərəfi bundan imtina edib. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İsrailin dövlət televiziyası Kan məlumat yayıb.Məlumata görə, Netanyahunun ofisi İranla qarşıdurma başlamazdan əvvəl iki lider arasında görüş təşkil etmək xahişi ilə Ammana müraciət edib. Televiziyanın mənbələrinə görə, görüşün məqsədi ABŞ-a İsrail və İordaniyanın, xüsusən də Qəzzada atəşkəsdən sonra yaxşı münasibətdə olduğunu aydınlaşdırmaq idi.Kan qeyd edir ki, bu tələbə cavab olaraq Haşimilər Krallığı Fələstin dövlətinin yaradılması perspektivləri, fələstinlilərin Qəzza zolağından çıxarılmasının qarşısının alınması, Qüdsdəki Əl-Əqsa məscidinə ibadət edənlərin girişinin təmin edilməsi və Qərb Şəriyəsində yəhudi məskunlarının zorakılıq məsələsi də daxil olmaqla bir sıra məsələlərə aydınlıq gətirilməsini tələb edib.Dövlət televiziyası bildirib ki, İsraildən gələn cavablar İordaniya tərəfini qane etməyib və bu səbəbdən görüşdən imtina edilib.Anar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
5
newscenter.az

5Mənbələr