AZ

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisinin oyun proqramı açıqlanıb » AzadMedia.az


Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.

Elşad Quliyevin baş məşqçisi olduğu yığma F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək.

Qarşılaşma mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək.

Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.
Seçilən
35
8
azadmedia.az

9Mənbələr