AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya

Qlobal fond bazarlarında müsbət dinamika müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, Dow Jones Industrial Average 2,49% artaraq 46 341,51 bəndə yüksəlib. S&P 500 Index 2,91% artaraq 6 528,52 bənd, Nasdaq Composite isə 3,83% bahalaşaraq 21 590,63 bənd təşkil edib. Bununla yanaşı, NYSE Composite Index 2,35%, S&P/TSX Composite Index isə 2,61% artım göstərib.

Avropa bazarlarında da artım tendensiyası müşahidə olunub. Euro Stoxx 50 0,50% artaraq 5 569,73 bəndə yüksəlib. FTSE 100 Index 0,48% artaraq 10 176,45 bənd, DAX Index 0,52% yüksələrək 22 680,04 bənd təşkil edib. Eyni zamanda, CAC 40 Index 0,57%, IBEX 35 Index isə 0,47% artım nümayiş etdirib.

Asiya-Sakit okean regionunda isə əsas indekslər üzrə əsasən müsbət dinamika qeydə alınıb. Nikkei 225 4,60% artaraq 53 414,71 bəndə yüksəlib. TOPIX Index 4,30%, Hang Seng Index 1,97%, CSI 300 Index 1,43% artım göstərib.

Qlobal bazarlardakı müsbət dinamikanın əsas səbəbləri kimi investorların ABŞ və Avropada iqtisadi göstəricilərin gözləniləndən yaxşı açıqlanmasına reaksiyası, texnologiya və sənaye sektorlarında alışların artması, həmçinin mərkəzi bankların faiz siyasəti ilə bağlı yumşalma gözləntilərinin güclənməsi göstərilir.

Seçilən
8
3
xalqcebhesi.az

4Mənbələr