Fransa prezidenti Emmanuel Makron ABŞ rəhbərliyinə tikanlı sözlər sərf edib.
Musavat.com xəbər verir ki, Makron Yaponiyaya səfəri zamanı Avropanın “proqnozlaşdırıla bilən” tərəfdaş olduğunu vurğulayıb və bəzi ölkələri üstüörtülü şəkildə tənqid edib.
Tokioda iş adamları və investorlar qarşısında çıxış edən Emmanuel Makron bildirib ki, Avropa bəzən daha yavaş inkişaf edən qitə kimi görünə bilər, lakin onun əsas üstünlüyü sabitlikdir.
Fransa prezidenti daha sürətli qərarlar verən ölkələri tənqid edərək qeyd edib ki, belə dövlətlərin gələcək davranışlarını öncədən bilmək mümkün olmur:
“Onlar sabah hansı qərarı verəcəklərini və bunun sizə zərər verib-verməyəcəyini əvvəlcədən bilmirsiniz – hətta sizi xəbərdar etmədən”.
Bu açıqlama ABŞ prezidenti Donald Trampın İranla bağlı siyasətinə eyham kimi qiymətləndirilir.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatları nəticəsində Hörmüz boğazında gərginlik artıb ki, bu da enerji idxalından asılı olan Yaponiya üçün ciddi risk yaradır.
Qeyd edək ki, Tramp da sosial şəbəkədə Fransanı tənqid edərək Parisin İran müharibəsi zamanı “çox faydasız” olduğunu yazmışdı.
Musavat.com