AZ

“Çənəsinə dəyən zərbənin təsirindən ayıla bilmir” – Tramp Makronu ƏLƏ SALDI

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla bağlı qalmaqallı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Tramp Makronun şəxsi həyatı ilə bağlı istehzalı ifadələr işlədərək onu açıq şəkildə ələ salıb.

Tramp bildirib ki, Makronun həyat yoldaşı ona son dərəcə pis davranır və Fransa prezidentinin hələ də “çənəsinə aldığı zərbənin təsirindən özünə gələ bilmədiyini” deyib. Onun bu sözləri sosial mediada və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Siyasi müşahidəçilər hesab edirlər ki, Trampın bu cür şəxsi xarakterli açıqlamaları ABŞ–Fransa münasibətləri fonunda gərginlik yarada bilər. Qeyd olunur ki, Tramp daha əvvəl də bir sıra dünya liderləri haqqında sərt və istehzalı fikirlər səsləndirib.

Hazırda Fransa tərəfi Trampın bu açıqlamasına rəsmi münasibət bildirməyib, lakin məsələ artıq beynəlxalq mediada qalmaqal kimi dəyərləndirilir.

Sara

NOCOMMENT.az 

Seçilən
42
9
nocomment.az

10Mənbələr