AZ

NATO katibi gələn həftə Trampla görüşəcək

NATO-nun baş katibi Mark Ruttenin gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinin adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən verdiyi məlumata görə, Ruttenin gələn həftə Trampla görüşəcəyi gözlənilir.

NATO sözçüsü Allison Hart da WSJ-yə səfəri təsdiqləyərək bildirib ki, Ruttenin Vaşinqtona səfəri çoxdan planlaşdırılıb.

Dünən "The Telegraph" qəzetinə verdiyi müsahibədə Tramp ABŞ-ın NATO-dan çıxma ehtimalını "nəzərdən keçirilməyəcək qədər" adlandırıb və əlavə edib: "Mən həmişə onların kağız pələng olduğunu bilirdim və [Rusiya Prezidenti Vladimir] Putin də bunu bilir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
50
6
turkustan.az

7Mənbələr