Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb.
Bizim.Media xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib.
Qeyd edək ki, Aprel döyüşlərində Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqeləri, o cümlədən Talış yüksəkliyi Polad Həşimovun rəhbərliyi ilə işğaldan azad olunub.
Talış yüksəkliklərində 7 döyüş postundan biri məhz onun şərəfinə “Polad postu” adlandırılıb.
Xatırladaq ki, 2019-cu ildə general-mayor rütbəsinə yüksələn P.Həşimova 2020-ci il dekabrın 9-da ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta