Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun köməkçisi Qalib Abbasov dələduzluqda ittiham olunur.
Moderator.az Demokrat.az-a istinadən xəbər verir ki, o, 2023-cü ildə öz yaxın dostu Əkrəm Hüseynovdan iş görmək adı ilə aldığı 45 min manat pulu mənimsəyib.
Zərərçəkmiş Ə.Hüseynov vitse-spikerin köməkçisindən 45 min manat pulunu hələ də ala bilmir.
Ə.Hüseynov Q.Abbasovun dələduzluq əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.
Sayt Z.Əsgərovun köməkçisinin məsələyə münasibətini öyrənmək istəyib, lakin o, zənglərə cavab verməyib.