AZ

Azərbaycanda kredit sığortası bazarı kiçilib

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kredit sığortasıhesabına 1,026 milyon manat sığorta haqqı toplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 72 min manat və ya 6,6% azdır.

Hesabat dövründə kredit sığortası üzrə ödənişlər isə 5 min manatvə yaxud 35,7% azalaraq 9 min manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandafəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyonmanat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiqdövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyonmanat təşkil edib və illik ifadədə 37% artıb.

Məqalədə:
Seçilən
30
1
az.trend.az

10Mənbələr