AZ

NASA Ay missiyasına start verdi: 50 ildən sonra ilk insanlı uçuş

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) dörd astronavtı daşıyan “Orion” kosmik gəmisi “Kosmik Buraxılış Sistemi” (SLS) raket daşıyıcısı ilə Aya uçuş həyata keçirib.

AzEdu.az xəbər verir ki, yarım əsrdən çox müddətdən sonra Yer kürəsinin təbii peykinə ilk insanlı ekspedisiyasına başlanılıb.

Məlumata görə, buraxılış Con Kennedi Kosmik Mərkəzinin buraxılış meydançasından yerli vaxtla saat 18:35-də (Bakı vaxtı ilə 02:35) baş tutub. Missiya çərçivəsində NASA astronavtları Rid Vaysman, Kristina Kok və Viktor Qlover Kanada Kosmik Agentliyinin nümayəndəsi Ceremi Hansen ilə birlikdə Ayın səthinə eniş etmədən onun ətrafında uçuş həyata keçirəcək və daha sonra Yerə qayıdacaqlar.

Bildirilib ki, ekspedisiyanın ümumi müddəti 10 gün nəzərdə tutulur. Buraxılışdan təxminən bir saat yarım əvvəl uzaqdan idarəetmə sistemində nasazlıq aşkar edilsə də, problem operativ şəkildə aradan qaldırılıb.

Qeyd edək ki, Aya sonuncu insanlı uçuş 1972-ci ilin dekabrında “Apollon-17” Ay ekspedisiyası çərçivəsində həyata keçirilib.

Seçilən
29
2
azedu.az

4Mənbələr