AZ

Sevgilisi ilə birlikdə ərini öldürən şəxsdən XƏBƏR VAR

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb.Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinin başa çatdığı elan edilib.Daha sonra prokuror İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə Leyla Abbasovanın 17 il, Zahir Soltanov isə 19 il müddətinə azadlıqdan məhrum olunmalarını təklif edib.Məhkəmənin növbəti iclası aprelin 16-na təyin edilib.Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.Belə ki, 2025-ci il avqustun 9-da Daxili İşlər Nazirliyi 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
4
bizim.media

5Mənbələr