AZ

Azərbaycanda 6 800 nəfər autizm sindromlu əlilliyi olan şəxs var

Hazırda Azərbaycanda 6 800 nəfər autizm sindromlu əlilliyi olan şəxs var.

Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafını, sərbəst yaşamaq imkanlarını dəstəkləmək məqsədilə də xidmətlər göstərilir: "Bu müəssisələrdə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, hippoterapiya, dance ability (rəqs terapiyası) və s. istiqamətlərdə xidmətlərlə təmin edilirlər.

Onlara ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Autizm sindromlu uşaqlar reabilitasiya mərkəzləri tərəfindən ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb olunurlar. Bu terapiya onların, habelə daun simdromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir edir".

Seçilən
16
8
sia.az

9Mənbələr