AZ

Ölkədə autizm sindromlu əlilliyi olan neçə şəxs var?

BAKI,TurkicWorld

Hazırda ölkəmizdə 6800 nəfər autizm sindromlu əlilliyi olan şəxs var.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirliyin reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafını, sərbəst yaşamaq imkanlarını dəstəkləmək məqsədilə də xidmətlər göstərilir.

Bu müəssisələrdə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, hippoterapiya, dance ability (rəqs terapiyası) və s. istiqamətlərdə xidmətlərlə təmin edilirlər.

Onlara ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Autizm sindromlu uşaqlar reabilitasiya mərkəzləri tərəfindən ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb olunurlar. Bu terapiya onların, habelə daun simdromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir edir.

Qeyd edək ki, 2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür.

Seçilən
10
8
turkic.world

9Mənbələr