AZ

Trampın GİZLİ PLANI üzə çıxdı: İranın nüvə ehtiyatlarına dair riskli plan hazırlanıb?

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın sabiq prezidenti Donald Trampın İranın uran ehtiyatlarını ələ keçirməyə yönəlmiş genişmiqyaslı və gizli bir plan üzərində işlədiyi iddiaları dünya gündəmini sarsıdıb.

Milli.Az xəbər verir ki, sözügedən planın birbaşa Trampın göstərişi ilə ABŞ ordusu tərəfindən hazırlandığı bildirilir.

Nüfuzlu "The Washington Post" qəzeti planla yaxından əlaqəsi olan iki yüksək rütbəli məmura istinadən xəbər verir ki, Trampın təkidi ilə ordu xüsusi əməliyyat planını keçən həftə tamamlayaraq təqdim edib. Planın əsas məqsədi İranın nüvə obyektlərindəki zənginləşdirilmiş uranı fiziki olaraq ələ keçirmək və ölkədən çıxarmaqdır.

Məlumatlara görə, İrandakı təxminən 450 kiloqram zənginləşdirilmiş uranın daşınması üçün bölgəyə xeyli sayda hərbi karqo təyyarəsi və radioaktiv maddələrin daşınması üçün nəzərdə tutulmuş xüsusi texnikalar cəlb olunub.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, son dərəcə riskli və həftələrlə davam edə biləcək ağır bir hərbi əməliyyatdır.

Hesabatlarda qeyd olunur ki, ötənilki gərginliklər dövründə İranın əlində 60 faiz zənginləşdirilmiş 400 kiloqram uran və 20 faiz zənginləşdirilmiş 200 kiloqram "parçalanan" maddə (fissile material) olub. Nüvə fiziklərinin rəyinə görə, 60 faiz zənginləşdirilmiş uranı çox qısa müddətdə 90 faizə çatdıraraq atom silahına çevirmək mümkündür. ABŞ-ın bu gizli planı məhz İranın "nüvə dövləti" statusuna keçməsini son anda əngəlləmək məqsədi daşıyır.

Hazırda rəsmi Vaşinqton və Tehran bu iddialarla bağlı susqunluğunu qoruyur. Lakin bölgədə hərbi hərəkətliliyin artması böyük bir toqquşmanın an məsələsi olduğunu göstərir.

Səkinə Yusifova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
20
news.milli.az

10Mənbələr