AZ

Avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var - VİDEO

Beyləqan rayonunda yol qəzasında 3 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, hadisə Yeni Xocavənd qəsəbəsində baş verib.

Qəza nəticəsində "Hyundai" markalı minik avtomobilinin sürücüsü Xəqani Quliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Anar Rüstəmzadə və Natiq Əliyev xəsarət alıb.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

 

Seçilən
26
2
moderator.az

10Mənbələr