AZ

Təyyarədə canlı bomba zarafatına görə 4 il müddətinə həbs olundu

İstanbul-Şanlıurfa reysi ilə uçan təyyarədə canlı bomba ilə bağlı zarafat edən sərnişinə dövlət ittihamı irəli sürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Məhkəmə təqsirləndirilən şəxsə "hava nəqliyyat vasitəsinin hərəkətinə mane olmaq" ittihamı ilə 4 il 2 ay həbs cəzası verib. 

Qeyd olunub ki, hadisə 9 fevral 2026-cı ildə İstanbuldan Şanlıurfaya uçan AJet reysində baş verib. VF 3222 reysinə minən iki bacıdan biri stüardessaya tərəf dönərək bacısına işarə edərək deyib: "Bu, canlı bombadır, onu təyyarəyə buraxmayın". Daha sonra təhlükəsizlik tədbirləri görülüb. Hər iki sərnişin nəzarətə götürülüb və təyyarədə bomba axtarışı aparılıb. Bütün sərnişinlər təyyarədən düşüb. Hərtərəfli axtarışdan sonra şübhəli əşya tapılmayıb. Uçuş üç saat gecikib və bu da sərnişinlərdə narahatlıq yaradıb.

Bomba xəbərdarlığını verən qadın və bacısı dindirilmək üçün polis bölməsinə aparılıb. Hər iki sərnişin yanlarında heç bir bomba olmadığını və sadəcə zarafat etdiklərini bildiriblər. İfadələrini verdikdən sonra sərnişinlər məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Aviaşirkət hər iki sərnişini bir il müddətinə qara siyahıya salıb.

Daha sonra şirkətə və sərnişinlərinə zərər verən hərəkətlə bağlı məhkəməyə müraciət edilib. Zarafatı edən şəxsə qarşı Türkiyə Cinayət Məcəlləsinin 223-cü maddəsinin 3-cü bəndi ilə ittiham aktı hazırlanıb. 

İşə İstanbul Anadolu Məhkəməsində baxılıb. İlk iclasda məhkəmə təqsirləndirilən şəxsə "təyyarənin hərəkətinə mane olmaq" ittihamı ilə 4 il 2 ay həbs cəzası verib. 

Ağarza Elçinoğlu 

Seçilən
37
14
unikal.az

10Mənbələr