AZ

Tramp Makronla zarafat edib: “Çənəsinə aldığı zərbədən sonra özünə gəlməyib

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Həyat yoldaşı tərəfindən çox pis rəftara məruz qalan Makrona zəng etdim”

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricit arasındakı münasibətlər barədə zarafat edib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp deyib: "Sonra həyat yoldaşı tərəfindən çox pis rəftara məruz qalan Makrona zəng etdim. O hələ də çənəsinə aldığı zərbədən sonra özünə gəlməyib".

Qeyd edək ki, 2025-ci ilin may ayında Amerikanın “Associated Press” xəbər agentliyi Fransa Prezidentinin Vyetnama gəlişinin videosunu yayımladı. Görüntülərdə Makronun hələ də təyyarənin içində olduğu silueti görünür. Bu zaman xanım Makron əlini ərinin üz tərəfinə qaldırır, sanki ona şillə vurur. Bundan sonra cütlük təyyarə pilləkənlərindən enir. Emmanuel Makron həmişəki kimi əlini həyat yoldaşına uzadır, lakin qadın buna məhəl qoymur və tutacaqdan yapışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
50
ayna.az

10Mənbələr