Bu gün – aprelin 3-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçiriləcək.
Arena.az xəbər verir ki, “Baku Marriott Boulevard” hotelində keçiriləcək tədbirə saat 10:00-da start veriləcək.
Konfransın gündəliyi hələlik açıqlanmayıb. Amma böyük ehtimalla tədbirdə qurumun geridə qalmış il ərzindəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq.
Konfransın təxmini gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi gözlənilir:
- AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
- Konfransın tərkibinin yoxlanılması
- AFFA prezidentinin çıxışı
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı
- Maliyyə Hesabatları
- Müstəqil auditorun hesabatı
- AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat
- Digər məsələlər.
⇧
