Gəncədə 41 yaşlı şəxs kəsici alətdən xəsarət alıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhərin Cavad Xan qəsəbəsində qeydiyyatda olan 1985-ci il təvəllüdlü Eldəniz Həsənov kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
"Cebheinfo.az"