Bu sözləri AFFA-nın Hesabat Konfransında qurumun baş katibi Cahangir Fərəcullayev deyib. Onun fikirləri:
"12 komandanın oynaması rəqabətin artmasına gətirib çıxardı. Legioner limitinin ləğvi azarkeşlər tərəfdən daha böyük marağa səbəb olub. “Qarabağ” - “Sabah” matçında son 10 ilin rekordu qeydə alındı. Hakimlərlə bağlı da dəyişikliklər oldu. Çempionatın yararlı yeri infrastrukturdu. “Karvan-Yevlax” öz meydanına qayıtdı. Gəncə və Tovuzda da gələn mövsümdən oyunlar keçiriləcək. Ağsu şəhər stadionu premyer-liqa standartlarına uyğunlaşdıracaq. "Liv Bona Dea Arena" da təmir olunacaq. "Bayıl Arena" mayda əsaslı təmirə bağlanacaq. Eyni layihə çərçivəsində iki mərkəz də açılacaq. Uşaq və yeniyetmələrlə bağlı layihələr AFFA-nın foks-layihəsidi. Məqsəd “piramida” layihəsidi. C və D kateqoriyalı məşqçilər yetişdirməkdi. Sonra isə B, A, Pro kateqoriyası almaqlarıdı".