Ağ Ev 2027-ci maliyyə ili üçün ABŞ tarixində görünməmiş, rekord həddə — 1,5 trilyon dollarlıq müdafiə büdcəsi layihəsini təqdim etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, "Breaking Defense" və digər nüfuzlu hərbi portalların yaydığı məlumata görə, bu rəqəm əvvəlki illərlə müqayisədə 50%-lik nəhəng bir artım deməkdir və ABŞ-ı "qlobal hərbiləşmə"nin yeni mərhələsinə daşıyır.
Donald Trampın "Xəyalların Ordusu" (Dream Military) planının şok detalları:
Silahlanmaya rekord vəsait: Büdcənin təxminən 760 milyard dolları birbaşa yeni silahların hazırlanmasına və satın alınmasına yönəldiləcək. Bu, son onilliklərin ən böyük silahlanma proqramıdır.
Müharibə xərcləri və sursat ehtiyatı: Vəsaitin böyük bir hissəsi Ukraynaya 2022-2026-cı illərdə verilən dəstək nəticəsində boşalan anbarların doldurulmasına, həmçinin İrana qarşı davam edən "Epos Qəzəbi" (Operation Epic Fury) əməliyyatının xərclərinə sərf olunacaq.
Gələcəyin texnologiyaları: Süni intellekt (AI), avtonom döyüş sistemləri və hipersəs silahlarının inkişafı üçün əlavə 180 milyard dollar ayrılması nəzərdə tutulur.
Tariflərlə maliyyələşmə: Tramp bildirib ki, büdcədəki bu kəskin artım digər ölkələrdən alınan idxal rüsumları (tarifləri) hesabına maliyyələşdiriləcək və bu, ABŞ iqtisadiyyatına əlavə yük yaratmayacaq.
Podratçılara sərt nəzarət: Yeni fərmanla hərbi sifarişləri yerinə yetirən şirkətlərə (məsələn, Lockheed Martin, Raytheon) səhmlərin geri alınması və divident paylanması qadağan ediləcək; onlar gəlirlərini yalnız yeni zavodların tikintisinə və istehsalın artırılmasına yönəltməli olacaqlar.
Ekspertlər bu addımı ABŞ-ın eyni vaxtda bir neçə cəbhədə (Rusiya, İran və Çin istiqamətində) uzunmüddətli hərbi qarşıdurmaya hazırlaşması kimi qiymətləndirirlər. Konqresdəki demokratlar isə bu rəqəmin "israfçılıq" olduğunu və daxili sosial proqramların iflic olacağını idarə edərək büdcəyə qarşı çıxmağa hazırlaşırlar. Lakin Tramp administrasiyası "təhlükəli zamanlarda" təhlükəsizliyin yeganə yolunun bu olduğunu israr edir.
Musavat.com