AZ

İran səmasında vurulan PUA ilə əlaqədar izahat istəyir – XİN

Bakı. Trend:

Ötən gün İranın Şiraz şəhərində vurulan PUA-nın Fars körfəzinin2 ölkəsindən hansına aid olmasına dair izahatın verilməsiniistəyir.

Trend-inməlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, ötən gün Şiraz şəhərində vurulan PUA-nınilk baxışda “MQ9” olduğu nəzərə çarpsa da, sonrada bu PUA-nın “VinqLonq 2” PUA-sı olduğu müəyyənləşib. Bu da Fars körfəzinin cənubundayerləşən iki ölkəyə məxsusdur.

Bəqai bildirib ki, bu PUA-nın qalıqları ABŞ və İsrailin İranaqarşı hərbi hava hücumlarında bəzi region ölkələrinin aktiv vəbirbaşa şəkildə iştirakına dair yeni fakt ola bilər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
54
11
az.trend.az

10Mənbələr