AZ

Bu gün min ananın oğludur Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Aprelin 3-ü Vətən müharibəsi şəhidi Sənan Vidadi oğlu Hüseynovun doğum günüdür. Yaşasaydı, 30 yaşı tamam olacaqdı.

Anası Alidə Əliyeva şəhidlik zirvəsinə ucalan övladını yad edərək Baku TV-yə bunları deyib: "Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Sənan 44 günlük Vətən müharibəsinin şəhididir. Şuşa döyüşlərində iştirak edib, oktyabrın 7-də şəhidlik zirvəsinə ucalıb".

"Bu gün min ananın oğludur" - Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır - VİDEO

Sənan Hüseynovun təhsil aldığı 149 nömrəli məktəbin direktoru Rəhilə Baxşiyeva onu bu sözlərlə xatırlayıb: "Çox qürurluyuq. Sənan bizim əziz balamız olub. Onu bir ana dünyaya gətirdi, amma bu gün min ananın, min ailənin oğludur. Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Biz Sənanla fəxr edirik".

Sənan Hüseynov həm 2016-cı ilin Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində kəşfiyyatçı kimi göstərdiyi şücaəti ilə seçilib. Prezident İlham Əliyevin sərəncamına əsasən, o, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin, Qubadlının və Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
38
oxu.az

10Mənbələr