Bakı.Trend:
Zəngəzur nəqliyyat dəhlizinin istifadəyə verilməsi dörd-beş ilərzində planlaşdırılır.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat vəinfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
“Zəngəzur dəhlizinin tikintisi dörd-beş il ərzində tamamlanacaq.Onun istifadəyə verilməsi Xəzər hövzəsindəki ən dar keçidinyüklənməsini aradan qaldıracaq. Qarsdan Dilucuya qədər (Türkiyədəsərhəd-keçid məntəqəsi – red. ) 224 km uzunluğunda dəmir yolulayihəsi üçün tender keçirmişik. Naxçıvanda layihənin bir hissəsiartıq hazırdır, digər hissəsi isə Azərbaycan tərəfindən tikilir vədemək olar ki, tam başa çatıb”, – nazir "CNN Türk" telekanalınaverdiyi müsahibədə bildirib.
Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol PaşinyanBakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsashissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədəbirgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifahnaminə Tramp Marşrutu” adını alıb.